XƏBƏRLƏR
MƏLUMAT
“Günay” teatr-studiyası mövsümə yekun vurub
ÜMÜMİ XƏBƏRLƏR
10/07/2024 09:27

Bakı Uşaq və Gənclər Teatrının “Günay” Uşaq Teatr-studiyası 21-ci teatr mövsümünü Qusar Dövlət Ləzgi Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasına dair tamaşa ilə başa vurub.

AZƏRTAC xəbər verir ki, “Günay” teatrı bu mövsümdə çox fəal işləyib. Teatrın səhnəsində Rəsul Həmzətovun 100 illik yubileyi ilə bağlı tamaşa, “Lermontov”, “Puşkinin nağılları” tamaşaları, S.Yeseninin əsərləri əsasında kompozisiya, “Əjdaha-24” Yeni İl şousu və digər tədbirlər təşkil edilib.

Bu mövsümdə teatr Azərbaycan Teatr Xadimləri İttifaqının auditoriya zalında, Bakıdakı Rus evində, Rus Mədəniyyəti Mərkəzində, Səməd Vurğunun, Bülbülün, Üzeyir Hacıbəylinin ev-muzeylərində, Azərbaycan Yaradıcılıq Mərkəzində və müxtəlif mədəniyyət müəssisələrində dəfələrlə çıxış edib.

Teatrın gənc aktyorları eyni zamanda yazıçı Eldar Əhədovun qələmə aldığı dastan əsasında “Xarıbülbül” filmində rol alıblar.

Baxış sayı: 196