XƏBƏRLƏR
MƏLUMAT
“Güllərin harmoniyası” adlı fərdi sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 12:44

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mərdəkan Mədəniyyət Sarayında gənc rəssam, Azərbaycan Rəssamlar İttiqanının üzvü Sevinc Əliyevanın “Güllərin harmoniyası” adlı fərdi sərgisi keçirilib.

Tədbirin aparıcısı sərgiyə gələn qonaqları salamlayaraq gənc rəssamın yaradıcılığı haqqında məlumat verib. Daha sonra çıxış edənlər gənc rəssama gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir müddətində 4 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdlərinin çıxışları, bəstəkar, pianist Əsmər Behbudovanın canlı ifasında əsərlər, “Lalələr” rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçıların ruhunu oxşayıb.

Sonda sərgidə nümayiş olunan rəsm əsərlərini böyük maraqla seyr edən tədbir iştirakçıları öz xoş təəssüratlarını bildiriblər.

Baxış sayı: 215