XƏBƏRLƏR
MƏLUMAT
Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin təqdimatında konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/05/2023 07:41

Mayın 17-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin təqdimatında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyası zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konsert proqramında Ümumilli Lider Heydər Əliyevin Azərbaycan musiqi sənətinə, bəstəkarlarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib.

Sonra incəsənət məktəbinin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib, rəqslər nümayiş olunub.

Baxış sayı: 378