XƏBƏRLƏR
MƏLUMAT
"Güc birlikdədir" adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2025 15:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 36 nömrəli Uşaq Musiqi Məktəbinin 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Güc birlikdədir" adlı konserti keçirilib.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində keçirilən konsertdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər rəşadətli ordumuzun gücü və xalqımızın bir amal uğrunda səfərbərliyi sayəsində əldə edilmiş parlaq qələbəmizdən söz açıblar.

Daha sonra şagirdlər və müəllimlər vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 23