XƏBƏRLƏR
MƏLUMAT
“Gözlərə nur verən şəfqətli insan” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2023 03:47

Aprelin 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə “Gözlərə nur verən şəfqətli insan” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə dünya şöhrətli alim Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər görkəmli akademik Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan, tibb elminin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Zərifə Əliyevanın övladları üçün qayğıkeş ana, Ulu Öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sadiq dostu, silahdaşı olması vurğulanıb. Qeyd olunub ki, Zərifə Əliyevanın yüksək daxili mədəniyyəti, elmə sədaqəti, gördüyü işlər qədir bilən xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

Baxış sayı: 266