XƏBƏRLƏR
MƏLUMAT
Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik Musiqi məktəbi hesabat konserti keçirib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2025 12:08

Mayın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli  onbirillik Musiqi məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində hesabat konserti keçirib.

Konsertdə E.Sabitoğlunun “Xoşbəxt olsun uşaqlar”, T Quliyevin “Qaytağı”, S. Ələsgərovun “Vətənimdir”, F. Əmirovun “Sevil” operasından Dilbərin ariyası, P. İ. Çaykovskinin “Qaratoxmaqlı qadın” operasından Polina və Lizanın dueti və digər Azərbaycan, dünya ölkələrinin bəstəkarlarının əsərləri şagirdlər tərəfindən ifa olunub.

Baxış sayı: 45