XƏBƏRLƏR
MƏLUMAT
Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini konsert proqramı ilə qeyd edib
ÜMÜMİ XƏBƏRLƏR
04/12/2025 16:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbi 45 illik yubileyini Beynəlxalq Əlillər Günü münasibətilə Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə qeyd edib.

Aparıcı konserti açıq elan edərək məktəbin fəaliyyətindən, görmə məhdudiyyətli uşaqlara göstərilən qayğıdan və musiqinin onların həyatındakı xüsusi rolundan danışıb. Qeyd edib ki, məktəbin 45 illik yolu — sevgi, zəhmət və musiqi ilə dolu bir tarixdir.

Daha sonra səhnədə çıxış edən məktəbin şagirdləri öz istedadları, cəsarətləri və musiqiyə sevgiləri ilə tədbirə xüsusi rəng qatiblar. Onların ifaları həm müəllimlərin zəhmətinin, həm də uşaqların əzminin ən gözəl göstəricisidir.

Sonda konsertin təşkilinə dəstək verən bütün müəllimlərə, valideynlərə və tədbirdə iştirak edən hər kəsə təşəkkür bildirilib.

Baxış sayı: 19