XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/05/2024 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbində görkəmli bəstəkar Asəf Zeynallının 115 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından bəhs edilib. Bildirilib ki, bəstəkar və ictimai xadim, ilk milli romansların müəllifi olan A.Zeynallı həmçinin fortepiano və skripka üçün miniatürlərin, ilk simfonik əsər nümunələrinin, xalq muğamlarımıza əsaslanan 9 fuqanın, "Çahargah","Uşaq süitası", "Durna", "Ölkəm" və digər əsərlərin müəllifidir.

Sonra məktəbin şagirdləri Asəf Zeynallının əsərlərindən ibarət konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 297