XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/09/2025 16:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Arif Məlikov adına 11 Nömrəli Onbirillik Musiqi Məktəbində görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun 92 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Konsert zamanı dahi bəstəkarın çoxşaxəli yaradıcılığından bəhs edilib. Bildirilib ki, Arif Məlikov bənzərsiz yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verib.

Konsertdə Arif Məlikovun "Məhəbbət əfsanəsi", "İki qəlbin dastanı" baletləri,  "Fortepiano üçün albom pyesləri"  və digər əsərləri səsləndirilib.

Baxış sayı: 17