XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/11/2023 14:29

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli Uşaq Musiqi Məktəbində Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Arif Məlikovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə görkəmli bəstəkarın bənzərsiz yaradıcılıq nümunələrindən danışılıb. Bildirilib ki, A. Məlikov çoxsaylı sənət nümunələri ilə musiqi salnaməmizin daha da zənginləşməsində və ölkə mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərib. Böyük bəstəkarın yaradıcılığında kinofilmlərə və teatr tamaşalarına yazdığı musiqilər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Onun  əsərləri dünyanın bir çox ölkələrində, məşhur konsert salonlarında, tanınmış musiqiçilər tərəfindən ifa olunur.

Sonra məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Baxış sayı: 164