XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş “Zəriflik və böyük qüdrət” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2023 06:23

Aprelin 27-də Bakı Şəhər Mədəniyyət  Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət  evi və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə görkəmli alim, oftalmoloq Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş   “Zəriflik və böyük qüdrət” adlı  tədbir keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Zərifə xanım Əliyevanın keçdiyi mənalı ömür yolundan qısa məlumat verilib.

Sonra şagirdlərin ifasında mahnılar, şeirlər, kompozisiyalar təqdim edilib, “Səma” rəqs ansamblının “Məşəl” rəqs kollektivinin rəqsləri maraqla qarşılanıb.

Tədbir zamanı həmçinin, akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş olunub.

Baxış sayı: 414