XƏBƏRLƏR
MƏLUMAT
“Gender və mədəniyyət ” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2025 13:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Gender və mədəniyyət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbir zamanı mövzu ilə bağlı ətraflı məlumat verilib və slayd təqdim olunub.

Daha sonra  Azərbaycanda gender bərabərliyinin təmin olunması, bu sahədə əldə olunan nailiyyətlər və təcrübələr, mövcud problemlərin təhlili və onların həll yolları, əldə edilən uğurlar barədə çıxışlar dinlənilib.

Baxış sayı: 242