XƏBƏRLƏR
MƏLUMAT
“Gəncliyin məhvi- narkomaniya” adlı maarifləndirici söhbət keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
22/04/2024 10:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 109 nömrəli tam orta məktəbdə “Gəncliyin məhvi- narkomaniya” adlı maarifləndirici söhbət keçirib.

Söhbət zamanı bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkomaniyanın müasir dövrün ən ağrılı problemlərindən biri olduğu vurğulanıb.

Həmçinin narkomaniyaya səbəb olan amillər, onun acı fəsadları, bu bəladan xilas yolları və narkomaniya ilə mübarizədə təbliğat –təşviqat aksiyalarının vacibliyi, ailə və ətrafın məsələyə məsuliyyətli yanaşmasının zəruriliyi kimi mövzular müzakirə edilib.

Baxış sayı: 111