XƏBƏRLƏR
MƏLUMAT
“Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
24/07/2025 15:55

İyulun 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Gənclik – dövlətin gələcəyidir!” adlı dəyirmi masa təşkil olunub.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş tədbirdə rəsmilər, “N” saylı hərbi hissənin zabit və əsgərləri, rayonun fəal vətənpərvər gəncləri və digər qonaqlar iştirak ediblər.

Çıxış edənlər qeyd ediblər ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Gənclər və İdman Nazirliyi, yalnız bir strukturun deyil, ümummilli məfkurənin, gələcəyə inamın və gəncliyə olan böyük ümidin rəmzi olub. Bu mühüm addım ölkədə gənclər siyasətinin sistemli və ardıcıl şəkildə həyata keçirilməsinə zəmin yaradıb, dövlət və cəmiyyət həyatında gənclərin rolunu əsaslı şəkildə artırıb.

Bu gün Ulu Öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən liderliyin nəticəsidir ki, Azərbaycan gəncliyi hərtərəfli inkişaf edir, müasir dünya ilə ayaqlaşır, idman, elm, texnologiya, incəsənət sahələrində uğurlar qazanır və ölkəmizi layiqincə təmsil edir.

Baxış sayı: 96