XƏBƏRLƏR
MƏLUMAT
“Gənclərin rəqs dünyası” adlı yaradıcılıq müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/04/2023 05:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evi və Xəzər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, Xəzər rayon məktəbliləri arasında “Gənclərin rəqs dünyası” adlı yaradıcılıq müsabiqəsi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müsabiqənin münsif heyətinin tərkibində Əməkdar artist Elçin Allahverdiyev, XII Ümumdünya Rəqs Festivalının diplomantı Dilbər Abdullayeva, Şüvəlan qəsəbə Mədəniyyət evinin direktoru, “Səma” rəqs ansamblının rəhbəri Səma Sadıxova, Xəzər rayon Gənclər və İdman İdarəsinin Baş Məsləhətçisi Dilşad Nuriyeva iştirak ediblər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərə Azərbaycan xalq rəqslərinin tarixini, milli xüsusiyyətlərini öyrətmək və uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, eyni zamanda, onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaqdır.

Baxış sayı: 346