XƏBƏRLƏR
MƏLUMAT
“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində növbəti görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/03/2022 08:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Cığır” İctimai Birliyi tərəfindən “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Görüşdə kitabxana əməkdaşları, könüllülər və gənc oxucular iştirak ediblər. “Cığır” İctimai Birliyinin təsisçisi Yeganə Mirzəyeva layihənin məqsədləri və oxunun əhəmiyyəti haqqında çıxış edərək mütaliənin həyatımıza qatdığı dəyərdən söhbət açıb. Könüllülər görüşdə Karlo Kollodinin “Pinokkionun macəraları” kitabından maraqlı fikirlər səsləndiriblər.

Tədbirdə İctimai Birliyinin gənclər İdarə Heyətinin üzvü könüllü tələbə Ülkər Abdurahmanlı layihə haqqında məlumat verərək bildirib ki, bu günkü görüş gəncərlə uşaqlar arasında keçirilir. Ülkər Abdurahmanlı onu da qeyd edib ki, bu görüşlər Bakı kitabxanalarında keçiriləcək. İki həftədən sonra Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında yeni bir tədbirin keçirilməsi nəzərdə tutulur.

Görüşün sonunda birlik tərəfindən hədiyyələr təqdim olunub.

Baxış sayı: 256