XƏBƏRLƏR
MƏLUMAT
“Gənclər sabahımızdır” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2024 09:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası, 2 nömrəli kitabxana filialı, Yasamal rayon Heydər Əliyev Mərkəzi və “Gəncliyə Yardım Fondu”nun birgə təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar ilk dəfə seçkilərdə iştirak edən gənclərlə görüş keçirilib.         

Yasamal rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə iştirakçılar ilk öncə Ümummilli lider Heydər Əliyevin xatirə abidəsini ziyarət ediblər.

Tədbirdə ilk olaraq torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.                                        

Çıxışçılar ilk öncə 18 yaşına yeni qədəm qoymuş, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə iştirak edən tələbə və gəncləri Gənclər Günü münasibəti ilə təbrik ediblər. Sonra düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsindən, ölkəmizdə gənclərə göstərilən böyük etimad və dövlət qayğısından danışılıb.

Tədbirin bədii hissəsində şairlər “Qızıl qələm” mükafatı laureatı Nazlı Yazar və AYB üzvü Leyla Mətin öz şeirlərini söyləyiblər.

Həmçinin, Azərbaycan Milli Konservatoriyası  tərkibində İncəsənət Gimnaziyasının və 239 nömrəli tam orta məktəbin şagirdləri çıxış ediblər.  

Baxış sayı: 332