XƏBƏRLƏR
MƏLUMAT
"Gənclər gələcəyimizin qurucularıdır" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/02/2023 02:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində "Gənclər gələcəyimizin qurucularıdır" adlı tədbir keçirilib.

Tədbirdə Gənclər Gününün tarixi barədə məlumat verilib.

Sonra Mədəniyyət Mərkəzinin Ələsgər Ələkbərov adına xalq teatrının üzvlərinin ifasında şeirlər səsləndirilib, "Arşın mal alan" tamaşasından bir parça nümayiş olunub. Tədbirdə "Şəlalə" xalq çalğı alətləri, "Oğuzlar" folklor və "Ailə" folklor xalq ansamblları konsert proqramı ilə çıxış ediblər.

Baxış sayı: 447