XƏBƏRLƏR
MƏLUMAT
“Gənclər bizim gələcəyimizdir” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2024 16:55

Fevralın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclər bizim  gələcəyimizdir” adlı tədbir keçirilib.

Tədbirdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi gənclərimizdə böyük ruh yüksəkliyi, işıqlı sabahımıza dərin inam yaratdığı qeyd olunub. 

Bədii hissədə gənc isdedadlı müğənnilərin çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsert proqramı Şüvəlan qəsəbə Mədəniyyət evinin “Məşəl” rəqs ansamblının çıxışı ilə yekunlaşıb.

Baxış sayı: 323