XƏBƏRLƏR
MƏLUMAT
Gənc yazıçı Səma Muğannanın “Qeyb olan uşaqlıq” adlı yeni kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2024 15:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənc yazıçı Səma Muğannanın “Qeyb olan uşaqlıq” adlı yeni kitabının təqdimatı keçirilib.

Tədbirdə ziyalılar, Bakı Dövlət Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak ediblər.

Tədbirdə Xalq yazıçısı İsa Muğannanın varisi, gənc yazar Səma Muğanna yeni kitabı haqqında ətraflı məlumat verib, yaradıcılığı barədə verilən sualları cavablandırıb, gələcək planlarını və arzularını diqqətə çatdırıb.

Sonda kitabların bir neçə nüsxəsi kitabxanaya hədiyyə edilib.

Baxış sayı: 117