XƏBƏRLƏR
MƏLUMAT
Səma Muğannanın “Həyatımdan parçalar” adlı yeni kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2025 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında gənc yazıçı Səma Muğannanın “Həyatımdan parçalar” adlı yeni kitabının təqdimatı keçirilib.

Tədbirdə 189-190 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, fəal oxucular, kitabxana əməkdaşları iştirak etdilər.

Xalq yazıçısı İsa Muğannanın varisi gənc yazar Səma Muğanna yeni kitabı haqqında oxuculara ətraflı məlumat verib, yaradıcılığı və yaratdığı obrazları barədə verilən sualları cavablandırıb, gələcək planlarını, arzularını diqqətə çatdırıb.

Sonda yeni çıxan kitablarından bir neçə nüsxə kitabxanaya hədiyyə edib.

Baxış sayı: 27