XƏBƏRLƏR
MƏLUMAT
Gənc Tamaşaçılar Teatrında Elitar Gimnaziyanın tədbiri olub
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2024 09:24

İyunun 12-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın birinci sinif şagirdlərinin tədris ilini bitirmələri münasibətilə tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gimnaziyanın şagirdləri dahi şair Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri əsasında müxtəlif səhnəciklər və musiqi nömrələri nümayiş etdiriblər. Rəngarəng səhnə quruluşu və keçmiş dövrdə mövcud olan personajların daxili aləmini əks etdirən geyimlər göz oxşayıb.

Tədbirdə əsas məqsəd məktəblilərə qədim tarix və ədəbiyyatımızı daha dərindən mənimsətmək, həmçinin onların teatrla əməkdaşlığına təkan verməkdir.

Azyaşlıların uğurlu çıxışları maraqla qarşılanıb.

Baxış sayı: 77