XƏBƏRLƏR
MƏLUMAT
“Gənc qəhrəmanların günü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 14:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 5 nömrəli kitabxana filialları, A. Muradov adına 84 nömrəli tam orta məktəb və  “Libra kitab” nəşriyyatının birgə təşkilatçılığı ilə “Gənc qəhrəmanların günü” adlı tədbir keçirilib.

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirdə bildirilib ki, Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət yetirilir.

Tədbir çərçivəsində bilik yarışması keçirilib və qaliblərə “Libra kitab” nəşriyyatı tərəfindən hədiyyələr təqdim olunub.

Aşağıdakı keçidlər vasitəsilə tədbirlə tanış ola bilərsiniz:

https://www.instagram.com/p/C7jBt3HIl0_/?igsh=Y3FmeTl2YzQwZ3V3

https://www.instagram.com/p/C7jB7a7ouDR/?igsh=ODB6OXlqZTlsNW9y

Baxış sayı: 199