XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2024 16:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib.

İlk öncə bu günün tarixi barədə məlumat verilib. Bildirilib ki, dünyanın əksər ölkələrində olduğu kimi, Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Konsert proqramında məktəbin respublika və beynəlxalq müsabiqələr laureatı olan şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndiriblər.

Baxış sayı: 131