XƏBƏRLƏR
MƏLUMAT
G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2025 15:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti təqdim edib. Konsert Azərbaycanın Əməkdar İncəsənət Xadimi, pianoçu, pedaqoq, professor Georgi Şaroyevin 135 illiyi və məktəbin yaranmasının 90 illik yubileyinə həsr olunub.

Konsertdə məktəbin Respublika və Beynəlxalq müsabiqələr laureatları çıxış edərək F.Əmirovun “Azərbaycan elləri”, T.Quliyevin “Prelüd №2”, C.Cahangirovun “Qəzəl”, M.Maqomayev “Odlar yurdu” , İ.Bramsın “Macar rəqsi”,  P.Çaykovskinin “Şelkunçik” baletindən “Çiçəklərin valsı” və digər bəstəkarların əsərlərini səsləndiriblər.

Həmçinin konsertdə məktəbin instrumental, saz ansamblları çıxış edib, xalq mahnıları “Sevgilim”, “İrəvənda xal qalmadı” ifa olunub.

Konsertin sonunda məktəbin şagirdi Leyla Səmədzadə və  müəllim Cəmilə Səmədzadə bəstəkar Abuzər Manafzadənin “Xocalıya” adlı əsərini ifa ediblər. Qeyd edək ki, əsər məktəbin məzunu, qazi Zeynalov Qələndər Zakir oğluna ithaf olunub.

Baxış sayı: 53