XƏBƏRLƏR
MƏLUMAT
Füzulidə Yaradıcılıq Məktəbi düşərgəsi yekunlaşdı
ÜMÜMİ XƏBƏRLƏR
19/03/2025 09:34

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Füzuli şəhərində yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin 1 illiyi və Novruz bayramına həsr olunmuş "Füzulidə Yaradıcılıq Məktəbi" adlı düşərgə çərçivəsində müxtəlif maraqlı və zəngin fəaliyyətlər təşkil olunub.

Düşərgədə Füzuli şəhərindən olan məktəb yaşlı uşaqlar iştirak edib. Onlar üçün intellektual yarışlar, əyləncəli və fiziki aktivliyə yönəlmiş proqramlar keçirilib. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən Pərvin Nurəliyevanın "Dəcəl keçi" tamaşası nümayiş olunub. Həmçinin, gənc təlimçi Elnur Dəmirov tərəfindən uşaqlara "Süni intellekt və yaradıcı alətlər" mövzusunda maraqlı təlim təqdim edilib.

Axşam saatlarında isə Novruz bayramına həsr olunmuş tonqal şənliyi təşkil edilib. Bayram tonqalı ətrafında uşaqlar milli rəqslər ifa edib, Novruz ənənələrinə uyğun müxtəlif oyunlar oynayıb və şən musiqi sədaları altında əyləniblər.

Düşərgə müddətində həmçinin intellektual yarışlar, estafet oyunları, art terapiya və yaradıcı komanda işinə dair təlimlər təşkil olunub. Sonda iştirakçılar müxtəlif dəyərli hədiyyələr və kitablarla mükafatlandırılıb.

Düşərgə müddətində iştirakçılara Final Çay, BazarStore mağazalar şəbəkəsi və hədiyyə sponsorları olan SmartOn şəbəkəsi xidmət təmənnaslz göstərib.

Baxış sayı: 34