XƏBƏRLƏR
MƏLUMAT
Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslının 65 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/02/2025 17:31

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Hövsan Mədəniyyət Sarayının təşkilatçılığı ilə filologiya üzrə fəlsəfə doktoru Vərağa Qənbər oğlu Almaslının 65 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə rəsmilər, elm adamları, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Vərağa Almaslının həyat və yaradıcılığı haqqında videoçarx təqdim edilib.

Çıxış edənlər bildiriblər ki, Vərağa Almaslı çağdaş Azərbaycan ədəbiyyatşünaslıq elminin sayılıb-seçilən nümayəndələrindən biridir, 4 monoqrafiya müəllifidir və ömrünün çox hissəsini Məhəmməd Füzulinin həyat və yaradıcılığını öyrənməyə ayırıb.

Daha sonra Xalq artisti, xanəndə Teyyub Aslanov və Əməkdar incəsənət xadimi Aqil Məlikov ifaları ilə yubilyarı təbrik ediblər.

Baxış sayı: 39