XƏBƏRLƏR
MƏLUMAT
Filarmoniyada İtalyan bəstəkarı Lyudoviko Eynaudinin əsərləri səsləndiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
07/12/2023 11:17

Dekabr 8-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Lyudoviko Eynaudiyə həsr olunmuş konsert keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dünya şöhrətli İtalyan neoklassik bəstəkarı Lyudoviko Eynaudinin əsərləri istedadlı pianoçu, kamera musiqisinin incə ustası Nigar Əsədullayevanın ifasında səsləndiriləcək.

Lyudoviko özünü geniş auditoriya üçün klassik musiqi dünyasına bələdçi hesab edir. Onun “Elements” adlı albomu ağlasığmaz kommersiya uğuru qazanıb. Dünyaca məşhur İtalyan bəstəkarı, pianoçu 20-dən çox albomun, eləcə də filmlərdən Darrena Aranovskinin “Qara qu quşu” və Ksavye Dolananin “Mən hələ də buradayam”, “Ana” saundtreklərinin müəllifidir.

Baxış sayı: 174