XƏBƏRLƏR
MƏLUMAT
Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin növbəti uğuru
ÜMÜMİ XƏBƏRLƏR
18/08/2025 09:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin Rəssamlıq şöbəsinin şagirdləri “Aktau 2025-Türk Dünyası Mədəniyyət Paytaxtı” çərçivəsində keçirilən “Türk dünyası ənənəvi uşaq oyunları” rəsm müsabiqəsində uğurla iştirak ediblər.

Müsabiqədə məktəbin şagirdləri Fatimə Rəsulzadə I yerə, Məryəm Məmmədli III yerə layıq görülüblər (müəllim - rəssam Elmar Ağamirzə). Müsabiqənin qalibləri TÜRKSOY-un Baş katibi Sultan Raev və Aktau şəhəri rəhbərliyi tərəfindən dəyərli hədiyyələr və diplomla mükafatlandırılıblar.

Baxış sayı: 19