XƏBƏRLƏR
MƏLUMAT
Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi hesabat konserti təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
17/06/2025 15:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbi Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti təqdim edib.

İlk öncə Milli Qurtuluş Günü münasibətilə qonaqlar təbrik edilib, bu günün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışılıb. 

Konsertdə məktəbin istedadlı şagirdləri, nağara ansamblı, xor qrupu, rəqs kollektivi çıxış ediblər.

Çıxışlarda Üzeyir Hacıbəylinin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, S.Rahmaninovun, L.V.Betxovenin və digər bəstəkarların əsərləri ifa olunub.

Baxış sayı: 39