XƏBƏRLƏR
MƏLUMAT
F.Əmirov adına 6 nömrəli onbirilik incəsənət məktəbinin hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 01:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi F.Əmirov adına 6 nömrəli onbirilik incəsənət məktəbinin Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşa türk dünyasının paytaxtıdır” adlı hesabat konserti keçirilib.

Konsertdə solo, ansambl nömrələri, rəqs və xor kollektivlərinin çıxışları təqdim olunub.

Qeyd edək ki, hesabat konserti növbəti tədris ilində həyata keçiriləcək “Şuşa türk dünyasının paytaxtıdır” layihəsi çərçivəsində “Türkdilli xalqların ritm, rəqs və rənglərin ahəngi” adlı təqdimatın bir hissəsi idi.

Baxış sayı: 254