XƏBƏRLƏR
MƏLUMAT
F. Əmirov adına 6 nömrəli onbirilik incəsənət məktəbində konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/06/2023 07:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirilik incəsənət məktəbində Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin Musiqi Sənəti fakültəsi, İnstrumental İfaçılıq kafedrasının müəllim və tələbələrinin konserti keçirilib.

Konsert zamanı məktəbin  şagirdləri məktəbdə tədris olunmayan musiqi alətləri-fleyta pikkolo və gitaranın tembri ilə tanış olublar. Sonra məktəbin nağaraçalanlar ansamblı, kiçik xorunun ifasında bir-birindən maraqlı musiqi nömrələri təqdim edilib.

Baxış sayı: 314