XƏBƏRLƏR
MƏLUMAT
Nəriman Nərimanovun xatirə muzeyi 
Ünvan:
İstiqlaliyyət küçəsi, 55


Əlaqə telefonu:
(012) 492 05 15, [email protected]
Nəriman Nərimanovun xatirə muzeyi — ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır.
Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir.
Muzeyin fondunda beş mindən artıq müxtəlif eksponatlar, sənəd və materialların əsli, xatirələr, Nərimanovun ailəsinin genealogiyası və digər əşyalar qorunub saxlanılır.