XƏBƏRLƏR
MƏLUMAT
"Əsrə bərabər suverenlik ili" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2025 15:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası  şəhid Əmir Əhməd Quliyev adına 121 nömrəli tam orta məktəblə birlikdə "Əsrə bərabər suverenlik ili" adlı tədbir keçiriblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxışçılar Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının önəmini qeyd ediblər. Bildiriblərki, bu qərar hüquqi, siyasi və ictimai sahələrdə xüsusi əhəmiyyət daşıyır və ölkənin inkişaf prosesinə mühüm töhfə verir.

Tədbirin davamında Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə, bu Zəfərin əldə olunmasında xalqın misilsiz birliyi və igid döyüşçülərimizin qəhrəmanlıqları xatırlanıb.

Sonda kitabxana tərəfindən tədbirdə fərqlənən şagirdlərə Diplomlar təqdim edilib.

Baxış sayı: 20