XƏBƏRLƏR
MƏLUMAT
“Əsrə bərabər gün” tamaşasının məşqlərinə başlanılıb
ÜMÜMİ XƏBƏRLƏR
06/02/2024 12:23

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün” romanı əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Tamaşada altmış aktyorun rol aldığı bildirilir.

“Əsrə bərabər gün”ün premyerasının martda keçirilməsi planlaşdırılır.

Baxış sayı: 191