XƏBƏRLƏR
MƏLUMAT
“Əsl məhəbbət haqqında” sənədli film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
28/04/2025 15:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq- alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci il ildönümü münasibətilə kinorejissor, Xalq artisti Vaqif Mustafayevin çəkdiyi “Əsl məhəbbət haqqında” sənədli filmi nümayiş olunub.

Filmdə Ümumilli Lider Heydər Əliyev həyat yoldaşı oftalmoloq - alim Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşür.

Film nümayişindən sonra qonaqlar Mərkəzin foyesində təşkil olunan Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan guşə ilə və Ulu Öndər Heydər Əliyevin zəngin irsini əks etdirən ekspozisiya bölmələri ilə tanış olublar.

Baxış sayı: 34