XƏBƏRLƏR
MƏLUMAT
“Əsl məhəbbət” bədii-sənədli filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2025 17:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümü münasibətilə rayon məktəbliləri üçün “Əsl məhəbbət” filmi nümayiş olunub.

Əvvəlcə  şagirdlərə film haqqında məlumat verib. Bildirilib ki, “Əsl məhəbbət” filmi 1975-ci ildə lentə alınan  bədii-sənədli filmdir. Film Ümummilli Lider Heydər Əliyev və həyat yoldaşı Zərifə Əliyevanın bir-birinə olan dərin sevgisini, ailə münasibətlərini və insani dəyərlərini əks etdirir.

Film arxiv materialları, sənədli kadrlar və müxtəlif xatirələr əsasında qurulub. “Əsl məhəbbət” filmi sadəcə bioqrafik deyil, həm də emosional və mənəvi dəyərə malik sənət nümunəsidir.

Baxış sayı: 30