Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyinin
“__” ________tarixli ___nömrəli əmri ilə
təsdiq edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi haqqında
ƏSASNAMƏ
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – Nazirlik) Bakı Şəhər Mədəniyyət Baş İdarəsi (bundan sonra - İdarə) Bakı şəhərində mədəniyyət sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsində iştirak edən Nazirliyin struktur qurumudur.
1.2. İdarə Nazirliyin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində olan təhsil müəssisələrinin, muzeylərin, Heydər Əliyev mərkəzlərinin, kitabxanaların, mədəniyyət mərkəzləri, evləri və klublarının, rəsm qalereyalarının, teatr və konsert müəssisələrinin (bundan sonra - mədəniyyət müəssisələri) fəaliyyətinin əlaqələndirilməsi, əhalinin mədəniyyət müəssisələrindən istifadəsi, mədəni həyatda iştirakçılıq imkanlarının genişləndirilməsi və mədəniyyət müəssisələrinin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması məqsədilə yaradılmışdır.
1.3. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, habelə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kollegiyasının qərarlarını, mədəniyyət nazirinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
1.4. İdarə səlahiyyətləri daxilində bu Əsasnamədə nəzərdə tutulan vəzifələri yerinə yetirərkən və hüquqları həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, qeyri- hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.5. İdarənin saxlanılması xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən və ya qanunla nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
1.7. İdarə Bakı şəhərində yerləşir.
2. İDARƏNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
2.1. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. Bakı şəhərində müvafiq sahədə vahid dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
2.1.2. Bakı şəhərində Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinin işini əlaqələndirir, koordinasiyasını təmin edir və onların idarə olunmasına nəzarət edir;
2.1.3. Bakı şəhərində əhalinin Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinə müraciət etmə imkanlarının asanlaşdırılması istiqamətində tədbirlər görür;
2.1.4. səlahiyyətləri çərçivəsində Bakı şəhərində müvafiq sahədə maarifləndirmə işini həyata keçirir;
2.1.5. Nazirliklə razılaşdırmaqla Bakı şəhərində müvafiq sahənin inkişafına yönəldilmiş müxtəlif proqramlar işləyib hazırlayır və həyata keçirir;
2.1.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
3. İDARƏNİN VƏZİFƏLƏRİ
3.1. İdarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş tənzimlənməni həyata keçirmək;
3.1.2. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
3.1.3. Bakı şəhərində mədəniyyətin qorunmasına, inkişafına və təbliğinə yönəlmiş tədbirlər görmək;
3.1.4. Bakı şəhərində istedadlı şəxslərin peşəkar inkişafına dəstək göstərilməsini təmin etmək;
3.1.5. Bakı şəhərində mədəniyyətin inkişafında xidmətləri olan mədəniyyət işçilərinin, yaradıcı şəxslərin və kollektivlərin bioqrafiyası, peşə və yaradıcılıq fəaliyyəti barədə məlumat bazası yaratmaq;
3.1.6. Bakı şəhərində səlahiyyətləri daxilində tarixi və mədəni irsin, mədəni dəyərlərin təşviqini və təbliğini təmin etmək;
3.1.7. Bakı şəhərində qeyri-maddi mədəni irsin qorunması və inkişafı üçün tədbirlər görmək;
3.1.8. mədəni əməkdaşlığa yönəlmiş regionlararası münasibətlər sahəsində dövlət siyasətinə uyğun tədbirlər keçirmək;
3.1.9. Nazirliklə razılaşdırmaqla müvafiq sahədə bədii- estetik tərbiyənin gücləndirilməsi məqsədilə, həmçinin iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və digər tədbirlər vasitəsilə uşaq və gənclərin müvafiq sahədə fəaliyyətini və mədəni sərvətlərdən bəhrələnməsini stimullaşdıran layihələri həyata keçirmək;
3.1.10. Bakı şəhərində Nazirliyin tabeliyində olan mədəniyyət müəssisələrinin işini əlaqələndirmək;
3.1.11. Bakı şəhərindəki mədəniyyət müəssisələrində icra və əmək intizamına riayət olunmasını təmin etmək;
3.1.12. Bakı şəhərində müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və başqa maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
3.1.13. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan muzeylərin, kitabxanaların, rəsm qalereyalarının, sərgi salonlarının fondlarını və s. zənginləşdirmək, komplektləşdirmək məqsədilə maddi mədəniyyət və nəşr nümunələrini satın almaq, onların qorunması, uçotu, mühafizəsi, təbliği və nümayişini təmin etmək;
3.1.14. Bakı şəhərindəki mədəniyyət müəssisələrinin fəaliyyətinin təşkilinə kömək və onlara yerli siyasətin qanunauyğun həyata keçirilməsi sahəsində metodiki yardım göstərilməsi üzrə tədbirlər görmək;
3.1.15. öz səlahiyyətləri daxilində müvafiq sahədə kadr hazırlığını təmin etmək, həmçinin mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək və qanunvericiliyə uyğun olaraq Nazirliklə razılaşdırmaqla attestasiyanı keçirmək;
3.1.16. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
3.1.17. Bakı şəhərindəki mədəniyyət müəssisələrinin əməkdaşları arasında tədris maarifləndirmə tədbirləri keçirməklə onların biliklərinin artırılmasına kömək etmək;
3.1.18. müvafiq sahədə mövcud münasibətləri tənzimləyən qanunvericilik aktları barədə mədəniyyət müəssisələrini məlumatlandırmaq; 3.1.19. mədəniyyət müəssisələrinin fəaliyyətini tənzimləyən hüquqi aktları təhlil edərək dəyişiklik zərurətini öyrənmək və müvafiq təkliflər vermək;
3.1.20. Nazirlik tərəfindən qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş hallarda və qaydada insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;
3.1.21. Nazirliyin rəhbərliyinin tapşırığına əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətlərinə uyğun olaraq təmin etmək;
3.1.22. Nazirliklə razılaşdırmaqla Bakı şəhərinin mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakını dəstəkləmək;
3.1.23. Nazirliklə razılaşdırmaqla beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin, həmçinin Bakı şəhərinin mədəni irsinin təqdim edilməsini və təşviqini təmin edən tədbirlər görmək;
3.1.24. Bakı şəhərində müvafiq sahədə təhlil və tədqiqat işlərinin aparılmasını təmin etmək, müsbət nəticələri təcrübədə tətbiq etmək;
3.1.25. Bakı şəhərində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiq edilməsini təmin etmək;
3.1.26. Bakı şəhərində müvafiq sahədə qanunvericiliklə Nazirlik tərəfindən onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətinin və monitorinqin həyata keçirilməsində iştirak etmək;
3.1.27. İdarənin fəaliyyətindən irəli gələn vəzifələrin icrası ilə bağlı mütəmadi olaraq təsdiqedici sənədlərlə birlikdə Nazirliyə hesabatlar təqdim etmək;
3.1.28. Bakı şəhəri üzrə təşəbbüs etdiyi və ya iştirak etdiyi fəaliyyətlərlə bağlı müvafiq məlumatları qabaqcadan Nazirliyə təqdim etmək;
3.1.29. məzmununu və əhatə dairəsini nəzərə almaqla həyata keçirilməsi nəzərdə tutulan tədbirləri və layihələri Nazirliklə razılaşdırmaq;
3.1.30. İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və məktublara baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;
3.1.31. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
3.1.32. İdarədə kargüzarlıq və arxiv işini təşkil etmək;
3.1.33. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, malların (işlərin və xidmətlərin) satın alınması sahəsində tədbirləri həyata keçirmək;
3.1.34. “Rəsmi statistika haqqında” “Büdcə sistemi haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada statistik və maliyyə hesabatlarını hazırlayaraq təqdim etmək;
3.1.35. “Korrupsiyaya qarşı mübarizə haqqında” ” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fəaliyyətin təşkili sahəsində tədbirləri həyata keçirmək;
3.1.36. daxil olan müraciətlərə Azərbaycan Respublikasının “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.37. İdarə üzrə mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun təşkilini həyata keçirmək;
3.1.38. İdarənin və mədəniyyət müəssisələrinin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirmək;
3.1.39. İdarənin və mədəniyyət müəssisələri tərəfindən əmək münasibətlərinin rəsmiləşdirilməsində qanunvericiliyin tələblərinə riayət olunmasına, əmək müqaviləsi üzrə elektron bildirişlərin bir iş günü ərzində elektron informasiya sistemində qeydiyyata alınmasına nəzarəti təmin etmək;
3.1.40. öz fəaliyyəti barədə ictimaiyyəti “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırmaq;
3.1.41. Nazirliyin informasiya sistemlərindən istifadə ilə bağlı Bakı şəhərindəki mədəniyyət müəssisələrində fəaliyyət göstərən əməkdaşlara təlimlərin keçirilməsinə köməklik göstərmək;
3.1.42. Bakı şəhərindəki mədəniyyət müəssisələri tərəfindən elektron nəzarət vasitələrinin düzgün tətbiqinə və aidiyyəti informasiya resurslarının istifadəsinə nəzarət etmək, metodiki köməklik göstərmək və nəticəsi barədə Nazirliyə məlumat vermək;
3.1.43. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yenilənməsini təmin etmək;
3.1.44. bu Əsasnamədə qeyd olunan vəzifələrin icrası zamanı müvafiq elektron informasiya resurslarının imkanlarından istifadə etmək;
3.1.45. İdarədə maddi vəsaitlərin uçotunu təşkil etmək, onların istifadəsinə nəzarət etmək;
3.1.46. İdarənin balansında və istifadəsində olan əmlakın qorunub saxlanılmasını və səmərəli istifadə edilməsini təmin etmək;
3.1.47. Nazirlik tərəfindən siyahısı təsdiq edilmiş mədəniyyət müəssisələrinin fəaliyyətinə nəzarəti həyata keçirmək, onların şəbəkəsinin inkişafı və maddi-texniki bazasının gücləndirilməsi üçün tədbirlər görmək;
3.1.48. İdarənin istifadəsində olan bina və tikililərdə mülki müdafiə və yanğın təhlükəsizliyi tədbirlərini təşkil etmək;
3.1.49. tabeliyində olan müəssisələrdə monitorinqlər keçirmək, onların fəaliyyətini qiymətləndirmək;
3.1.50. Bakı şəhərində digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
3.1.51. fəaliyyət istiqamətləri üzrə Nazirliyin Aparatının müvafiq struktur bölmələrinin rəhbərliyinin tapşırıqlarını yerinə yetirmək;
3.1.52. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.
4. İDARƏNİN HÜQUQLARI
4.1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1.1. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
4.1.2. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
4.1.3. İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər vermək;
4.1.4. Nazirliklə razılaşdırmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək; 4.1.5. fəaliyyət istiqamətlərinə uyğun olaraq konfrans, simpozium, sərgi, müsabiqə, festival, film təqdimatları və digər tədbirlərin təşkilində iştirak etmək;
4.1.6. Nazirliklə razılaşdırmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada nəşrlər, bukletlər, reklam-informasiya məhsulları buraxmaq;
4.1.7. aidiyyəti dövlət qurumlarının və təşkilatların mütəxəssislərini cəlb etməklə, fəaliyyət istiqamətlərinə uyğun idarələrarası komissiyalar, koordinasiya və ekspert şuraları, komissiyalar və işçi qruplar yaratmaq, müvafiq sahəyə dair metodik materiallar və tövsiyələr hazırlamaq;
4.1.8. Bakı şəhərindəki mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər vermək;
4.1.9. təsdiq edilmiş nomenklatur çərçivəsində kadrları vəzifəyə təyin və ya vəzifədən azad etmək, onlar barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada mükafatlandırma, həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək; 4.1.10. mədəniyyət müəssisələri üzrə dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar gəlirin sərəncamçısı olaraq səlahiyyətləri daxilində maliyyə vəsaitini “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”nın tələbləri gözlənilməklə bölüşdürmək, ştat və tarifləşmə cədvəllərini təsdiq etmək, ayrılmış vəsaitlərin həddi nəzərə alınmaqla işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların, eləcə də digər zəruri saxlanma xərclərinin ödənilməsini təmin etmək;
4.1.11. İdarənin və Bakı şəhərindəki mədəniyyət müəssisələrinin işçilərinin peşə hazırlığının və ixtisasının yüksəldilməsi məqsədilə onların əlavə təhsilə (müvafiq kurs və treninqlərə) cəlb edilməsi barədə təkliflər vermək;
4.1.12. İdarənin səlahiyyətlərinə aid edilən məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər vermək;
4.1.13. Nazirliklə razılaşdırmaqla İdarənin vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə qrantlar, ianələr və digər əvəzsiz köçürmələri almaq;
4.1.14. Nazirliklə razılaşdırmaqla satınalmaların təşkil olunması üçün qanunvericiliyə uyğun tender komissiyasını yaratmaq;
4.1.15. Bu Əsasnamədə müəyyən edilmiş hallar istisna olmaqla, İdarənin əmlakı barədə qanunvericiliyə uyğun olaraq müstəqil sərəncam vermək, Nazirliklə razılaşdırmaqla müqavilələr bağlamaq, etibarnamələr vermək, banklarda hesablaşma hesabı və digər hesablar açmaq;
4.1.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
5. İDARƏNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
5.1. İdarə öz fəaliyyətini bilavasitə və Bakı şəhərindəki mədəniyyət müəssisələri vasitəsilə müvafiq Bakı şəhəri üzrə həyata keçirir.
5.2. İdarənin strukturu və ştat cədvəli Nazirlik tərəfindən təsdiq edilir. İdarənin fəaliyyətinə nəzarət etdiyi mədəniyyət müəssisələrinin siyahısını və nomenklaturasını Nazirlik təsdiq edir.
5.3. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət naziri (bundan sonra – nazir) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
5.4. Rəisin nazir tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Müavin ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 5.5. Rəis: 5.5.1. İdarənin fəaliyyətini təşkil edir və ona ümumi rəhbərlik edir;
5.5.2. müavinin və digər işçilərin vəzifə bölgüsünü aparır, Bakı şəhərindəki mədəniyyət müəssisələrinin rəhbərlərinin və digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və onların koordinasiyasını təmin edir;
5.5.3. İdarənin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcbur olan əmr, sərəncam və göstərişlər verir;
5.5.4. İdarənin vəzifələr nomenklaturasına aid mədəniyyət müəssisələrinin direktorlarını Nazirliklə razılaşdırmaqla, digər işçiləri və Nazirliyin vəzifələr nomenklaturasına aid olmayan işçiləri işə təyin və azad edir, onların barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür,müvafiq sahədə fərqlənən işçilərin Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edilməsi ilə bağlı təkliflər verir;
5.5.5. Nazirliyin vəzifələr nomenklaturasına aid olan Bakı şəhərindəki mədəniyyət müəssisələrində vakant vəzifələr ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir; 5.5.6. Bakı şəhərindəki mədəniyyət müəssisələrinin rəhbərlərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
5.5.7. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Bakı şəhərindəki mədəniyyət müəssisələrinin strukturunu, işçilərinin say həddini, əməkhaqqı fondunu və xərclər smetalarını Nazirliklə razılaşdırmaqla təsdiq edir;
5.5.8. İdarəni dövlət orqanlarında və məhkəmələrdə təmsil edir, İdarənin təmsil olunması ilə bağlı onun işçilərinə etibarnamələr verir.
5.6. Rəis öz səlahiyyətləri daxilində olmadığı müddətdə vəzifələrinin müvəqqəti olaraq icrasını müavininə tapşıra bilər.
5.7. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
6. İDARƏNİN MALİYYƏ-TƏSƏRRÜFAT FƏALİYYƏTİ
6.1. İdarənin əmlakı ona təhkim edilmiş dövlət əmlakından, dövlət büdcəsindən məqsədli təyinatla ayrılan vəsaitlərdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalardan, qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir.
6.2. İdarənin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
6.3. İdarənin əmlakından bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələrinin yerinə yetirilməsi və hüquqlarının həyata keçirilməsi məqsədilə istifadə olunur. İdarə fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlərin maddi-texniki, hüquqi və təşkilati təminatını həyata keçirir.
6.4. İdarə əldə edilən gəlirlərdən elmi və maddi bazanın inkişafı, işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, habelə öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün Nazirliklə razılaşdırmaqla qanunvericiliyə uyğun olaraq istifadə edir.
- 10:16 Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
- 09:32 Milli Kitabxana beynəlxalq konfransda ölkəmizi təmsil edib
- 09:30 Bülbülün Memorial Muzeyində “Təbiətin rəngi” adlı sərgi açılıb
- 15:51 Muğam Mərkəzində 7 əsərin dünya premyerası olacaq
- 14:05 “Şuşa Qarabağın incisi” elektron məlumat bazasının təqdimatı olub
- 14:04 Azərbaycan 21-ci Ankara Kitab Sərgi-Yarmarkasında təmsil olunacaq
- 11:38 COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
- 11:13 Ağdam Şəhəri Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim edilib
- 11:11 Xalq yazıçısı İlyas Əfəndiyev haqqında yeni monoqrafiya çap olunub
- 10:53 Ağdam Şəhəri Günü ilə əlaqədar məlumat bülleteni hazırlanıb
- 09:28 20 noyabr -Ağdam şəhəri günüdür
- 09:10 “İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
- 15:43 Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
- 14:05 Şuşaya həsr olunmuş elektron məlumat bazasının təqdimatı olub
- 14:02 AYB-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə dəyərli töhfə
- 10:56 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib
- 09:22 Azərbaycanlı dirijor Latviyada uğurla çıxış edib
- 09:15 Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
- 09:05 Heydər Əliyev Mərkəzində “Yer kürəsi uşaqların gözü ilə” fotosərgisi açılıb
- 16:07 Gənclər Kitabxanasında məktəblilər üçün oxu saatı təşkil olunub
- 16:00 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROM-un baş direktoru "Manqurt" tamaşasını izləyiblər
- 15:48 Özbəkistanda Maqsud Şeyxzadəyə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
- 14:58 Mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşüb
- 14:33 ICOM-un baş direktoru Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib
- 12:59 Azərbaycan Qazaxıstanda “Avrasiya” beynəlxalq kino festivalında təmsil olunacaq
- 11:45 Görkəmli xalçaçı rəssam Lətif Kərimovun xatirəsi anılıb
- 11:27 Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
- 09:14 Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər
- 13:10 17 Noyabr-Milli Dirçəliş Günüdür
- 16:51 Beynəlxalq Muzeylər Şurası ilə əməkdaşlıq məsələləri müzakirə olunub
- 14:19 Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
- 11:51 Milli Dirçəliş Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
- 11:32 Milli Kitabxanada Beynəlxalq Tolerantlıq Günü münasibətilə sərgi açılıb
- 10:46 Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
- 09:37 COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
- 09:36 Bakıdakı Rus evində “Rus dili: MDB ölkələrində oxuyuruq, dinləyirik, baxırıq” layihəsi keçiriləcək
- 17:14 Beynəlxalq Muğam Mərkəzində növbəti konsert aşıq musiqisinə həsr olunub
- 16:49 COP29 çərçivəsində “YARAT”ın təqdimatında sərgi və simpozium təşkil olunub
- 16:33 Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
- 16:00 “Məhəmmədəli Mənafzada Sabit. Xatirat” kitabı çapdan çıxıb
- 15:19 Qırğızıstanın incəsənət ustaları Bakıda çıxış ediblər
- 14:34 Azərbaycanlı dizayner Ankarada mükafata layiq görülüb
- 11:36 “Gül bağçası” – məktəbyaşlı uşaqlar üçün yeni nəşr
- 10:38 Azərbaycan Dövlət Akademik Musiqili Teatrı beynəlxalq festivaldan uğurla qayıdıb
- 10:36 Bu gün Xalq artisti Xumar Zülfüqarovanın doğum günüdür
- 09:19 Amsterdamda Firəngiz Əlizadənin əsərinin premyerası olub
- 16:41 Şüvəlan qəsəbə Mədəniyyət evində “Atanın şikayəti ” adlı tamaşa təqdim olunub
- 14:56 “Heydər Əliyev – hüquqi dövlətin qurulmasında Konstitusiyanın əhəmiyyəti” adlı mühazirə oxunub
- 14:33 24 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 14:14 COP29-un qonaqlarına “Oyanış” adlı konsert-tamaşa təqdim edilib
- 12:28 "Qarabağ Zəfəri" adlı tədbir keçirilib
- 12:02 5 nömrəli Uşaq İncəsənət Məktəbində Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib
- 11:44 A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti uğuru
- 11:25 Qaradağ rayon MKS-də Korrupsiyaya qarşı mübarizə ilə bağlı dəyirmi masa keçirilib
- 10:01 Azərbaycanın tarixi-mədəni irsi COP29-da təbliğ olunur
- 09:35 “Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq
- 09:31 Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş sərginin təqdimatı olub
- 12:53 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
- 10:41 Zəfər Gününə həsr olunmuş konsert keçirilib
- 10:24 9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür