XƏBƏRLƏR
MƏLUMAT
“Əsas qanunumuz-Müstəqil Dövlətimizin təminatıdır” mövzusunda dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2025 11:07

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və YAP Qaradağ rayon təşkilatı birgə 12 Noyabr - Konstitusiya Günü ilə əlaqədar “Əsas qanunumuz - Müstəqil Dövlətimizin təminatıdır” mövzusunda dəyirmi masa keçiriblər. 

Dəyirmi masada rəsmilər, mədəniyyət işçiləri, rayon müəssisələrinin əməkdaşları və gənclər iştirak ediblər.   

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi  və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Çıxışçılar Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun bünövrəsini qoyan Konstitusiyamızın tarixi, hazırlanması və qəbulunda Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında geniş məlumat veriblər. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Konstitusiyanın müddəalarının müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirildiyi, hüquqi dövlət quruculuğunun daha da inkişaf etdiyi qeyd edilib.

Baxış sayı: 25