XƏBƏRLƏR
MƏLUMAT
“Əngəlsiz musiqi” adlı konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2025 15:48

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində autizm sindromu fərqindəliyinə həsr olunmuş “Əngəlsiz musiqi” adlı konsert keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin II sinif şagirdi Ayxan Quluzadə (müəllim: Dilarə Əhmədova) konsertdə uğurla çıxış edib.

Qeyd edək ki, belə tədbirlərin təşkil olunması onların istedadının önə çıxması ilə yanaşı, cəmiyyətin autizm sindromlu uşaqların ehtiyaclarına daha fərdi və spesifik yanaşmasını təmin etmək üçün olduqca vacibdir.

Baxış sayı: 242