XƏBƏRLƏR
MƏLUMAT
Əminə Hidayətlinin fərdi rəsm sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
02/02/2024 12:26

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının fəal oxucusu, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının 6-cı sinif şagirdi Əminə Hidayətlinin 2 fevral - Azərbaycan Gənclər Gününə həsr olunmuş fərdi rəsm sərgisi açılıb.

Ə.Hidayətlinin sərgidə nümayiş olunan “Zəfərin mübarək, Azərbaycan!”, “Qoy həmişə sülh olsun!”, “Qız qalası”, “Torqovıda Yeni il”, “Yaz zanbaqları”, “Qəbələdəki lavanda zəmisi” və digər rəsmləri maraqla qarşılanıb.

Qeyd edək ki, Yasamal rayon MKS-i “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın və “Gənclərin asudə vaxtının səmərəli təşkilinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar istedadlı oxucularla iş aparır, gənc istedadları müəyyən edərək onlara dəstək olur.

Baxış sayı: 272