XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar mədəniyyət işçisi Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2025 11:17

Mayın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında tanınmış şair, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Fikrət Sadığın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xalq şairləri, yazıçılar, alimlər, ziyalılar, şairin ailə üzvləri yazıçı, publisist Aysel Fikrət, mədəniyyət nazirin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdləri, kitabxanaçılar iştirak ediblər.

Tədbirdə görkəmli şairin həyat və yaradıcılığını əks etdirən videoçarx  nümayiş olunub. Daha sonra onun yüksək insani keyfiyyətlərindən söhbət  açılıb, poeziyasının müasir ədəbi nəsil üçün örnək sayılacaq nümunələrdən olduğu vurğulanıb, şeirlərində Azərbaycan dilinin ən incə çalarlarının ustalıqla işləndiyi diqqətə çatdırılıb. 

İştirakçılar şair haqqında xoş sözlərini deyib, fikirlərini bölüşüblər.

Tədbirdə İncəsənət Gimnaziyasının şagirdlərinin ifasında şairin şeirlərindən nümunələr səsləndirilib, kompozisiyalar təqdim olunub, kitabları sərgilənib. 

Sonda şairin ailə üzvləri çıxış edərək, təşkilatçılara və iştirakçılara öz təşəkkürlərini bildiriblər.

Baxış sayı: 40