XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/05/2025 11:08

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Əməkdar mədəniyyət işçisi, şair Qəşəm Nəcəfzadə  ilə görüş keçirilib.             

“Gülümsə Qəşəm...” adlı görüşdə mədəniyət işçiləri, ziyalılar, 149 və 292 nömrəli tam orta məktəblərin müəllim və şagird kollektivi, kitabxananın fəal oxucuları iştirak ediblər.

İlk olaraq Qəşəm Nəcəfzadənin həyat və yaradıcılığı haqqında videoçarx təqdim edilib.

Öz yaradıcılığı və kitabları barədə söz açan Qəşəm Nəcəfzadə görüş iştirakçıları üçün seçilmiş şeirlərini söyləyib, oxucuların ona ünvanladığı sualları cavablandırıb.

Görüşün bədii hissəsində  şairin poeziyasından nümunələr səsləndirilib.

Baxış sayı: 33