XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/11/2023 15:41

Noyabrın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, pianoçu, “Dan Ulduzu” instrumental ansamblının bədii rəhbəri Gülarə Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə tanınmış musiqiçinin adını daşıyan 3 nömrəli Uşaq İncəsənət Məktəbində yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edənlər Gülarə Əliyevanın həyat və yaradıcılığından söz açıb, onun bəstəkar və pedaqoq kimi də sənətdə iz qoyduğunu bildiriblər. Qeydolunub ki, istedadlı pianoçu eyni adlı muğamlar əsasında “Şüştər” rapsodiyasının, “Humayun” süitasının, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir.

Sonra məktəbin müəllim və şagirdlərindən ibarət “Dan Ulduzu” ansamblının müşayəti ilə Gülarə Əliyevanın yaradıcılığını tərənnüm edən konsert proqramı təqdim olunub.

Konsert proqramında həmçinin, Əməkdar artistlər Aybəniz Haşımova, Firuzə İbadova, Ruhəngiz Musəvi və digər müğənnilər musiqi nömrələri ilə çıxış ediblər.

Baxış sayı: 159