XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Dilarə Əliyeva ilə görüş təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
18/07/2024 12:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai rayon Heydər Əiyev parkında "Qonağımız var" layihəsi çərçivəsində Əməkdar artist, tanınmış aktrisa, aparıcı Dilarə Əliyeva ilə görüş keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əhalinin asudə vaxtını səmərəli təşkil etmək  üçün keçirilən görüşdə Dilarə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verilib. Aktrisanın rol aldığı tamaşalardan, çəkildiyi filmlərdən , yaratdığı obrazlardan, televiziya layihələrindən və uğurlarından danışılıb.

Həmçinin görüş ərzində aktrisanın rol aldığı tamaşalardan fraqmentlər nümayiş olunub.

 

Baxış sayı: 367