XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Ədalət Şükürovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/02/2024 15:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovla görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra “Aysel” rəqs qrupu çıxış edib.

Tamaşaçıların alqışları ilə səhnəyə dəvət edilən Ədalət Şükürov çıxışı zamanı həyat və fəaliyyəti haqqında danışıb, tanınmış “Qoca çinar”, “Bir yaz axşamı”, ”İtirdim” kimi mahnılarını ifa edib.

Daha sonra tamaşaçıları maraqlandıran sualları cavablandırıb.

Görüş Ədalət Şükürovun ifasında “Azərbaycan” mahnısı ilə sona çatıb.

Baxış sayı: 352