XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Çingiz Əhmədovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/05/2024 11:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində H.Abbasov adına Mədəniyyət Mərkəzində Əməkdar artist, tanınmış komediya aktyoru Çingiz Əhmədovla görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Aparıcı tədbir iştirakçılarını salamlayaraq, aktyorun  həyat və fəaliyyəti haqqında məlumat verib. 

Sonra aktyorun sənəti, yaradıcılıq planları barədə söhbət aparılıb, rol aldığı tamaşalardan, yaratdığı obrazlardan, əldə etdiyi uğurlardan bəhs edilib.

Sonda sevilən aktyor Çingiz Əhmədov tamaşaçıların ona ünvanlanan suallarını cavablandırıb.

 

Baxış sayı: 174