XƏBƏRLƏR
MƏLUMAT
“Elmimizin gələcəyi gənclərin əlindədir” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/09/2024 11:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Elmimizin gələcəyi gənclərin əlindədir” adlı dəyirmi masa keçirilib.

Tədbirdə bu il keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan Suraxanı rayon məktəblərinin məzunları iştirak edib. 

İlk öncə tədbirdə mövzu ilə əlaqədar mühazirə dinlənilib. Daha sonra çıxışçılar təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurlardan söhbət açıblar.

Sonda qonaqlar Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 106