XƏBƏRLƏR
MƏLUMAT
Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
08/05/2025 11:22

Tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin "Komediyalar" kitabı işıq üzü görüb. Bu, müəllifin oxuculara təqdim olunan dördüncü pyeslər kitabıdır.

Əvvəlki üç kitaba janrından asılı olmayaraq müxtəlif pyeslər daxil edilmişdi. Bu kitabda isə, adından göründüyü kimi, müəllifin komediya hesab etdiyi pyesləri toplanıb.

Kitaba Əli Əmirlinin teatrsevərlərə yaxşı tanış olan və ölkəmizdə və xaricdə 30-dan çox teatrda tamaşaya qoyulmuş "Varlı qadın", "Bala bəla sözündəndir?" (məşhur "Bala başabəla" televiziya filmi), Akademik Milli Dram Teatrının ən yaddaqalan tamaşalarından olan "Köhnə ev", dəfələrlə müxtəlif teatrlarda səhnə üzü görmüş "Onun iki qabırğası", "Yeddi məhbusə", "Kişi və qadın", "Sehrli alma", "Səhnədə məhəbbət", "Sevən qadın" komediyaları, həmçinin hələlik heç bir teatrda oynanmamış "Kastinq və ya premyera", "Şou kraliçası", "Gözəllik imperiyası" və "Köhnə dəbli yeni komediya" əsərləri daxil edilib.

Baxış sayı: 24