XƏBƏRLƏR
MƏLUMAT
“Ekoloji mühit və cəmiyyət” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2024 15:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində  “Ekoloji mühit və cəmiyyət” adlı dəyirmi masa keçirilib. 

Tədbirdə rəsmilər, 3 nömrəli Uşaq və Gənclər İncəsənət Məktəbinin əməkdaşları, 327, 282,146, 87 nömrəli tam orta məktəblərin nümayəndələri və şagirdləri iştirak ediblər.

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında imzaladığı sərəncamdan, respublikamızda bu istiqamətdəki görülən işlərdən və il ərzində mərkəzin ekologiya ilə bağlı həyata keçirdiyi tədbirlərdən danışılıb.

Sonda 327,87, 146, 282 nömrəli tam orta məktəblərin şagirdlərinin əl işlərindən ibarət “Tullantılardan əl işləri” adlı sərgiyə baxış keçirilib.

Baxış sayı: 10146